Çin Böyük Britaniyanın milli təhlükəsizliyinə təhdid yaradır – Kir Starmer

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çini Böyük
Britaniyanın milli təhlükəsizliyinə təhdid adlandırsa da, Pekinlə
əməkdaşlığı müdafiə edib.

Trend-in
məlumatına görə, bu barədə Baş nazir hər il London Sitisində təşkil
edilən ənənəvi ziyafətdə deyib.

“Bəli, bu, Birləşmiş Krallığın milli təhlükəsizliyinə real
təhdid yaradan bir ölkədir”, – deyə o bildirib.




Eyni zamanda, K.Starmer Londonun Pekinlə güclü münasibətlərinin
olmamasını tənqid edib.

“Ciddi yanaşmağın vaxtıdır, “Qızıl dövr” və ya “Buz dövrü” kimi
sadə ikili seçimi rədd etməli və özünüzü qoruyarkən ölkə ilə
işləməyin və ticarət etməyin mümkün olduğu açıq-aydın həqiqətini
qəbul etməliyik”, – deyə Baş nazir əlavə edib.