Polşa ABŞ-dən 32 “Abrams” tankından ibarət yeni partiyasını alıb

Baş səhifə
Polşa ABŞ-dən 32 Abrams tankından ibarət yeni partiyasını alıb

Polşa ABŞ-nin 32 ədəd “M1A2 Abrams” tankından ibarət növbəti partiyanı alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Beyda “X” sosial şəbəkəsində yazıb.

“Ən müasir Abrams tanklarının dördüncü tədarükü. Hazırda Polşa limanlarından birində 32 ədəd M1A2 tankı boşaldılır”, – P.Beyda yazıb. 2022-ci ildə Polşa ABŞ ilə 250 ədəd modernləşdirilmiş “M1A2 Abrams” tankının 2025-2026-cı illərdə tədarükü barədə müqavilə imzalayıb.