Starmer: Çin Böyük Britaniyanın milli təhlükəsizliyi üçün real təhdiddir

Baş səhifə

Böyük Britaniyanın Baş naziri Kir Starmer Çin Xalq Respublikasını ölkənin milli təhlükəsizliyi üçün “real təhdid” adlandırıb.

APA xəbər verir ki, O, bunu Londonun lord-meri tərəfindən hər il təşkil edilən ənənəvi banketdə çıxışı zamanı bildirib.

“Bəli, Çin Böyük Britaniyanın milli təhlükəsizliyi üçün real təhlükə yaradan ölkədir”, – Starmer vurğulayıb.

Eyni zamanda, Britaniya hökumət başçısı London ilə Pekin arasında sabit və davamlı münasibətlərin olmamasını tənqid edib və təhlükələrə baxmayaraq, Çinlə əməkdaşlığın zəruri olduğunu qeyd edib.