
Bakı. Trend:
Qarşımıza çıxan maneələrə baxmayaraq Avropa İttifaqına tam
üzvlük strateji prioritetimiz olaraq qalır.
Trend xəbər
verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kabinet
iclasından sonra verdiyi açıqlamada bildirib.
Ərdoğan Rusiya-Ukrayna müharibəsinin Qara dənizdə naviqasiya
təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini vurğulayaraq,
regionda ticarət gəmilərinin hədəf alınmasının vəziyyəti daha da
təhlükəli hala gətirdiyini diqqətə çatdırıb.
Türkiyə prezidenti Xüsusi İqtisadi Zonada baş verən hücumları
qəbuledilməz adlandıraraq deyib:
“Xüsusilə öz bölgəmizdə naviqasiya, insan həyatı və ətraf mühit
təhlükəsizliyini təhdid edən bu hücumları heç bir şəkildə məqbul
görə bilmərik.”

