
Bakı. Trend:
Şərur rayonunda oğurluq hadisəsi baş verib.
Trend xəbər
verir ki, rayonun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət
edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının
və 310 manat pul vəsaitininin naməlum şəraitdə oğurlanmasını
bildirib.
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24
yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir
evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində
qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlanması da məlum
olub.
İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon
ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda
şübhəli bilinən Y.Sadiqov da saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

