Bakı. Trend:
Qvineya-Bisauda dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ
keçirmiş hərbçilər 1 dekabrdan etibarən ölkədə etiraz aksiyaları və
tətillərin keçirilməsini qadağan ediblər.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, qadağa ölkəyə Qərbi Afrika Dövlətləri İqtisadi
Birliyi (ECOWAS) nümayəndə heyətinin gəlişi ilə əlaqədardır.
Hərbi hakimiyyətin arqumentinə görə, nümayişlər və tətil ölkədə
sülh və sabitlik üçün təhlükə yaradır. Eyni zamanda hökumət
nazirliklərdən və dövlət qurumlarından fəaliyyətlərinin bərpasını
tələb edib.
Xatırladaq ki, 26 noyabrda hərbçilər Qvineya-Bisauda hakimiyyəti
ələ keçirərək ölkə prezidentini, Umaro Sisoku Embalonu istefaya
göndərib və daha sonra həbs edib. Hərbi çevrilişlə əlaqədar ölkədə
bütün dövlət qurumları fəaliyyətini dayandırmış, həmçinin prezident
və parlament seçkilərində səs sayımını dayandırmaq barədə sərəncam
verilmişdi.

