Bakı. Trend:
“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm
şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının
xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının
vəzifəli şəxslərinin siyahısı genişləndirilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
qərar imzalayıb.
Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol
Xidmətinin rəisi, habelə ailə üzvləri həmin siyahıya daxil
edilib.

