Xabi Alonso istefaya göndərilə bilər

Baş səhifə

Bakı. Trend:

“Real”ın baş məşqçisi Xabi Alonsonun klubdakı gələcəyi şübhə
altındadır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, rəhbərlik komandanın son oyunlarda
göstərdiyi nəticələrdən narazıdır.




İspaniyalı mütəxəssis yaxın zamanda istefaya göndərilə bilər. 44
yaşlı çalışdırıcının taleyi La Liqanın 15-ci turunun “Atletik”lə
matçından asılıdır. “Kral klubu” iki gün sonra keçiriləcək görüşdə
xal itirsə, baş məşqçi ilə yolların ayrılmaq ehtimalı
yüksəkdir.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində “Real”ın baş
məşqçisi postuna təyin olunub. Madrid təmsilçisi İspaniya
çempionatında keçirdiyi son üç qarşılaşmada heç-heçə edib