Qaxda minik avtomobili aşıb, xəsarət alan var

Baş səhifə

Qaxda “BMW” markalı minik avtomobili aşıb, xəsarət alan var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.

Rayonun Turaclı kənd sakini 1987-ci il təvəllüdlü Anar Yasin oğlu Ələkbərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A. Ələkbərov Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.