
Almaniyanın “Borussiya” (Dortmund) klubunun hücumçusu Seru Qirassi 50 milyon avro qarşılığında Bundesliqa təmsilçisindən ayrıla bilər.
“Report” insayder Florian Plettenberqə istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun müqaviləsində sərbəst qalma bəndi var.
Forvard özü də yayda komandasını dəyişmək niyyətindədir.
Qirassi ilə İspaniyanın “Real”, “Barselona”, İngiltərənin “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Arsenal” və “Mançester Yunayted” klubları maraqlanır.
Qeyd edək ki, Seru Qirassi cari mövsüm 18 matçda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

