“Real”ın ulduzu Avropa nəhənginə –

Baş səhifə

“Mançester Yunayted” “Real Madrid”in futbolçusu Federiko Valverdenin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunu transfer etmək üçün hərəkətə keçib. “The Mirror” qəzetinin məlumatına görə, “Mançester Yunayted” Valverde üçün 87 milyon funt sterlinq irəli sürüb. İddialara görə, “Real” futbolçu üçün 100 milyon funt sterlinq tələb edə bilər. Federiko Valverde ilə baş məşqçi Xabi Alonso arasında münasibətlərin gərgin olduğu iddia edilir.

Həmçinin bildirilir ki, “Mançester Yunayted”in Çempionlar Liqasında iştirak etməməsi transferi çətinləşdirə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.