Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Hesabat” MMC-dir.
Qalib şirkətə 3,1 min manat ödəniləcək.
Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

