14 dövlət proqramından 8-i İcbari Tibbi Sığorta hesabına maliyyələşdiriləcək – Soltan Məmmədov

Baş səhifə

Bakı.Trend:

Azərbaycan illərdir ÜST-ün və 2002-ci ildə təsis olunmuş, QİÇS
sahəsində dünyanın aparıcı qurumu olan Qlobal Fondun aktiv üzvü
kimi həmin təşkilatla sıx əməkdaşlıq edir. Bu illər ərzində
Azərbaycan region ölkələri üçün bu istiqamətdə bir nümunə olub.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Azərbaycan Respublikası Milli
Məclisinin deputatı, Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov
Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda çıxışı
zamanı səsləndirib.




O bildirib ki, icbari tibbi sığorta ölkəmizdə uğurla tətbiq
olunur.

“Hər il Milli Məclisdə hesabatlar zamanı səhiyyə sahəsindəki
uğur və problemləri qanunvericilik çərçivəsində müzakirə etməyə
çalışırıq. Qeyd edim ki, 14 dövlət proqramından 8-i icbari tibbi
sığorta çərçivəsində maliyyələşdiriləcək”, – deyə deputat əlavə
edib.