“Bank Respublika”nın Qızıl Seçim lotereyasının ilk tirajına 1 ay qaldı

Baş səhifə

Bakı. Trend:

Bank Respublika Yeni ildə müştərilərinə avtomobil və
qızıl hədiyyə edəcək!

Yeni ildə yeni BYD Destroyer avtomobili sahibi olmaq
istəyirsiniz? Bəs qızıl külçə necə? Bu Yeni ildə arzularınız yerinə
yetəcək!

Bank Respublika-dan sərfəli şərtlərlə lombard krediti götürün,
“Qızıl Seçim” lotereyasının iştirakçısına çevrilin və qiymətli
hədiyyələrdən birinin sahibi olmaq şansını əldə edin! İlk tirajın
oynanılmasına 1 ay qaldı.

2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, Bank
Respublika-dan min.500 AZN və daha çox kredit götürən müştərilər 2
ədəd BYD Destroyer avtomobili, 24 ədəd 5 qr-lıq qızıl külçə (999.99
əyyar), 10 ədəd 10 qr-lıq qızıl külçə (999.99 əyyar) və 4 ədəd 20
qr-lıq qızıl külçə (999.99 əyyar) qazanmaq imkanı olacaq.




Qeyd edək ki, avtomobillər BYD şirkətinin Azərbaycandakı rəsmi
dileri “Group Motors” tərəfindən təqdim
olunur.

Lotereyanın əsas şərtləri:

  • Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri
    arasında Bank Respublika-dan Lombard krediti götürən və həmin
    dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.
  • Hər 500 AZN məbləğində lombard krediti 1 şans deməkdir.
  • Lotereya 2 tirajdan ibarətdir və qaliblər 10.01.2026 və
    15.05.2026-cı il tarixlərində, Bakı şəhəri, Xaqani 21 ünvanında
    yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş
    üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi
    seçimi vasitəsilə müəyyən olunacaq.
  • Ümumilikdə lotereya dövründə 40 hədiyyə qazanılacaq.
  • 1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək, 2-ci tiraj üçün
    isə, kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.
  • Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər
    (şansların sayından asılı olmayaraq).
  • Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da
    iştirak edir.
  • İştirakçının Lotoreya dövrü ərzində 1 müqavilə üzrə aktiv
    Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi
    olmamalıdır.
  • Lotereyada Bank Respublika əməkdaşları və aidiyyəti şəxslər
    iştirak edə bilməz.

Lotereya şərtləri haqqında daha ətraflı
məlumatı
Bankın rəsmi səhifəsində əldə etmək mümkündür.

Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm
də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün
seçim edin, qalib olun!