Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır – EKSKLÜZİV

Baş səhifə
Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır - EKSKLÜZİV

Hesablama Palatası

Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Mədəniyyət Nazirliyində nəzarət tədbiri həyata keçirir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Palatadan bildirilib.

Məlumata görə, auditin nəticələrinin açıqlanması “Hesablama Palatası haqqında” qanunun 37-ci maddəsinə əsasən tənzimlənəcək.