Osimhen derbidə meydana çıxmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Super Liqa təmsilçisi “Qalatasaray”ın hücumçusu
Viktor Osimhen sabah keçiriləcək “Fənərbağça” derbisində meydana
çıxmaq niyyətindədir.

Trend xəbər verir ki,
Nigeriya yığmasında zədələnən Osimhen həm ölkə çempionatında
“Gənclərbirliyi”, həm də Çempionlar Liqasında “Union SG” matçlarını
buraxmışdı.

“Sabah” qəzetinin məlumatına görə, Osimhen əvvəlcə komanda
yoldaşları ilə söhbətlərində derbidə forma geyinmək istədiyini və
lazım gələrsə risk alacağını bildirib.

Nigeriyalı hücumçu sözlərini belə ifadə edib:




“Derbinin əhəmiyyətini və azarkeşlər üçün nə demək olduğunu
yaxşı bilirəm. Bu həyəcanı ötən mövsüm də yaşamışdım. Klub mənə bu
cür böyük matçlar üçün yatırım edib. Lazım olsa riskə gedəcəm və
meydana çıxıb yüz faizimi verəcəyəm”.

Məlumata görə, Osimhen bu istəyini baş məşqçi Okan Burukla
keçirəcəyi görüşdə də təkrarlayacaq.

Derbi öncəsi onun durumu “Qalatasaray”da ən çox müzakirə olunan
mövzulardan biri olaraq qalır.