Avropada su ehtiyatları ciddi şəkildə azalıb

Baş səhifə

Bakı. Trend:

Avropada su ehtiyatları sürətlə azalmaqdadır.

Trend “Spiegel”
nəşrinə istinadla xəbər verir ki, Britaniyada aparılan araşdırmanın
nəticələrinə əsasən, xüsusilə Cənubi və Mərkəzi Avropa ölkələrində,
o cümlədən İspaniya, İtaliya, Fransa, Almaniya və Polşada son
iyirmi ildə torpaq və yeraltı su ehtiyatları ciddi şəkildə
azalıb.




Tədqiqatçılar iqlim dəyişikliyini bu prosesin əsas səbəbi kimi
göstərirlər. Yeraltı suların azalması kənd təsərrüfatı, içməli su
təminatı və ekosistemlər üçün ciddi təhlükə yaradır. Analiz
nəticəsində Skandinaviyada və Şimali-Qərbi Avropada rütubətin
artdığı, lakin Cənub və Cənub-Şərqi Avropada quraqlığın
dərinləşdiyi müəyyən olunub.

Qeyd edək ki, Avropa Komissiyasının hazırladığı su
müqavimətliliyi strategiyasında 2030-cu ilədək su istifadəsində ən
azı 10 faiz səmərəlilik artımı nəzərdə tutulur. Tədqiqatda
İspaniyanın azalan su ehtiyatlarının digər Avropa ölkələrinə,
xüsusilə meyvə və tərəvəz idxal edən ölkələrə birbaşa təsir göstərə
biləcəyi vurğulanıb.