
Bakı. Trend:
“OPEC+” ölkələri 2026-cı ilin birinci rübündə neft hasilatının
artırılmaması barədə qərarı qüvvədə saxlayıb və hasilat kvotalarını
2025-ci ilin dekabr səviyyəsində qoruyub.
Trend xəbər verir
ki, bu barədə məlumat OPEC saytında yerləşdirilən “OPEC+” nazirlər
görüşünün yekun bəyanatında verilib.
Bəyanatda həmçinin OPEC katibliyi tərəfindən hazırlanmış
mexanizmin razılaşdırıldığı bildirilib. Bu mexanizm iştirakçı
ölkələrin maksimal hasilat imkanlarını müəyyən etmək üçün istifadə
olunacaq və onun əsasında 2027-ci il üçün əsas hasilat səviyyələri
müəyyən ediləcək.
Növbəti “OPEC+” nazirlər görüşü 7 iyun 2026-cı il tarixində
keçirilə

