Azərbaycanın basketbol millisi seçmə mərhələdəki ikinci oyununda da məğlub olub

Baş səhifə
Azərbaycanın basketbol millisi seçmə mərhələdəki ikinci oyununda da məğlub olub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 95:90.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə səfərdə Şimali Makedoniyaya uduzub – 49:87.