Uşanqi Kokauri Əbu-Dabidə Böyük Dəbilqədə bürünc medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliyinin
paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal
əldə edib.

Trend xəbər verir
ki, idmançı +100 kq çəkidə üçüncü yeri tutub. Həlledici görüşdə
Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri
kürsüyə yüksəlib.




Yığmanın digər üzvləri — Əhməd Yusifov (60 kq), Murad Fətiyev
(90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa
vurublar.

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad
Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam
etdirə bilməyib.