
ABŞ Hərbi Hava Qüvvələri prezident Donald Trampın Floridadakı iqamətgahına yaxınlaşan mülki təyyarədən qorunmaq üçün F-16 qırıcısını havaya qaldırıb.
APA xəbər verir ki, bu barədə Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığının (NORAD) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, naməlum mülki təyyarə uçuşlar üçün müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozub.
“Mülki təyyarə təhlükəsiz şəkildə həmin zonadan çıxarılıb”, – məlumatda deyilir.

