Marseldə 15 yaşlı şəxsin yandırılmış meyiti tapılıb

Baş səhifə

Bakı. Trend:

Fransanın Marsel şəhərində 15 yaşlı şəxsin yandırılmış meyiti
aşkar edilib.

Trend xəbər verir
ki, məlumatı BFMTV telekanalı mənbələrə istinadən yayıb.

Məlumata görə, mərhumun meyiti uşaqlar üçün oyun meydançasında
tapılıb və şəxsiyyəti müəyyən edilib. Bildirilir ki, mərhumun
əvvəllər məhkumluğu olmayıb.




Hadisə ilə bağlı “mütəşəkkil qrup tərəfindən törədilən qətl” və
“cinayətkar sövdələşmə” maddələri üzrə istintaq aparılır.
Araşdırmaya yaxın mənbə telekanala bildirib ki, meyitin yanında
giliz aşkar olunub.

Telekanalın həmsöhbətləri qeyd ediblər ki, şəxs əvvəlcə
öldürülüb, sonra isə meyiti yandırılıb. Marsel prokuroru Nikola
Besson cinayətin xarakteri ilə bağlı qətlin narkotrafiklə əlaqəli
ola biləcəyini istisna etmir.