
Bakı. Trend:
Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Trend xəbər verir
ki, günün ilk matçında “Şamaxı” öz meydanında “Sumqayıt”ı qəbul
edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə
yekunlaşıb.
“Şamaxı”da 70-ci dəqiqədə Karim Rossi fərqlənib. Qonaqların
heyətində isə 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə isə
Aleksandr Ramalinqom qol vuraraq hesabı müəyyənləşdirib.
xxx
09:42
Bu gün futbol üzrə Misli Premyer Liqasının XIII turuna yekun
vurulacaq.
Trend xəbər verir
ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Sumqayıt”ı qəbul
edəcək. Görüş saat 14:00-da start götürəcək.
Turun bağlanış oyununda isə “Araz-Naxçıvan” səfərdə “Qəbələ”nin
qonağı olacaq. Qarşılaşma saat 16:30-da başlanacaq.
Qeyd edək ki, XIII turun əvvəlki matçlarında “Zirə” və “Qarabağ”
müvafiq olaraq “Kəpəz”i və “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub
edib, “Sabah” “İmişli”yə 3:0 qalib gəlib. “Turan Tovuz” isə
“Neftçi” ilə qolsuz heç-heçə edib.

