Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı 29 noyabrda
mülki təyyarənin keçmiş prezident Donald Trampın Florida ştatının
Palm Biç şəhərində yerləşən iqamətgahı üzərindəki məhdud hava
məkanına daxil olmasından sonra havaya qalxıb.
Trend-in
məlumatına görə, hadisə barədə Şimali Amerika Aerokosmik Müdafiə
Komandanlığı məlumat yayıb.
Açıqlamada bildirilib ki, F-16 qırıcısı müvəqqəti
məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib
və hava gəmisinin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması
təmin edilib.
Hadisə ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:20-də (Bakı vaxtı
ilə 30 noyabr, saat 01:20) baş verib. Komandanlıq həftə ərzində bir
neçə oxşar hava məkanı pozuntusunun qeydə alındığını bildirib.

