ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə 29 noyabrda Prezident Donald Trampın Florida ştatının Palm Biç şəhərindəki iqamətgahı üzərindəki məhdud hava məkanına mülki təyyarənin daxil olmasından sonra havaya qalxıb.
“Report”un məlumatına görə, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı bu barədə xəbər verib.
“F-16 qırıcısı şənbə günü günortadan sonra Florida ştatının Palm Biç şəhərindəki iqamətgahı üzərində müvəqqəti məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarəni ələ keçirib. Təyyarə ərazidən təhlükəsiz şəkildə çıxarılıb”, – açıqlamada deyilir.
Hadisə ABŞ-nin şərq sahili vaxtı ilə saat 16:20 radələrində (30 noyabrda Bakı vaxtı ilə saat 01:20) baş verib. Komandanlıq həftənin əvvəlində bir neçə oxşar pozuntunun baş verdiyini qeyd edib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

