Bakı. Trend:
İtaliya A Seriyasının 13-cü turu çərçivəsində “Yuventus” ilə
“Kalyari” arasında oyun keçirilib.
Trend-in
məlumatına görə, Turin təmsilçisi görüşü 2:1 hesabı ilə
qazanıb.
26-cı dəqiqədə Sebastiano Esposito “Kalyari”ni hesabda önə
çıxarıb. Cəmi bir dəqiqə sonra Kənan Yıldız hesabı bərabərləşdirib.
Yıldız ilk hissənin əlavə olunmuş vaxtında – 45+1-ci dəqiqədə
komandasının ikinci qoluna imza atıb.
“Yuventus” İtaliyanın yüksək liqasında 23 xalla yeddinci
yerdədir. “Kalyari” 11 xalla 14-cü yerdədir.

