Konqoda baş verən qayıq qəzası nəticəsində azı 19 nəfər ölüb

Baş səhifə

Demokratik Konqo Respublikasında May-Ndombe gölündə baş verən qayıq qəzası azı 19 nəfərin ölümü ilə nəticələnib.

APA xəbər verir ki, hadisə barədə Reuters məlumat yayıb.

Rəsmi məlumata görə, göyərtəsində təxminən 200 nəfərin olduğu ehtimal edilən qayıq güclü külək səbəbindən çevrilib. Xilasetmə işləri davam etdirilir.

May-Ndombe vilayətinin qubernatoru Nkoso Kevani Lebon bildirib ki, indiyədək sudan 19 cəsəd çıxarılıb, 82 nəfər sağ tapılıb:

“Dünən doqquz, bu gün isə daha on cəsədi çıxardıq. Ölənlərin sayı 19-a çatıb”.

Qubernator əlavə edib ki, itkin düşənlərin dəqiq sayı hələ müəyyən olunmayıb.