Bakı. Trend:
Fransa dövlət “France Televisions” televiziyasının əməkdaşları
binada bomba təhlükəsi ilə bağlı xəbərlərdən sonra təxliyə
edilib.
Trend-in məlumatına görə, bu barədə “France Info” telekanalı
xəbər verib.
Məlumata əsasən,şirkətin kanallarından və stansiyalarından
yayımlar dayandırılıb. Hadisə saat 17:30-da baş verib. “France
Info” televiziya kanalında siren səsi eşidilib. “Yayımları kəsməyə
məcburuq”, – deyə axşam xəbərlərinin aparıcısı bildirib.
Hadisə yerinə polis dəstəsi və kinoloqlar göndərilib.

