Almaniyada etiraz aksiyaları nəticəsində təxminən 10 nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

“Almaniya üçün Alternativ” Partiyasının yeni gənclər təşkilatı
üzvlərinin təsis yığıncağına qarşı keçirilən etiraz aksiyaları
zamanı təxminən 10 nəfər yüngül xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə “DPA” agentliyi yerli
klinika nümayəndəsində istinadən xəbər verib.

Məlumata əsasən, etiraz aksiyası Almaniyanın mərkəzi
hissəsindəki Qisen şəhərində keçirilib.




O qeyd edib ki, yüngül xəsarət alan təxminən 10 nəfər
Giessendəki universitet klinikasına müraciət edib. Onlar lazımi
tibbi yardımı alaraq evə buraxılıblar. Zərərçəkənlər qol və
ayaqlarından xəsarətlər alıblar. Klinikanın nümayəndəsi əlavə
məlumat verməyib.

Qeyd edək ki, noyabrın 29-da Qisendə “Almaniya nəsili” adlanacaq “Almaniya üçün Alternativ” Partiyasının gənclər təşkilatının təsis
qurultayı keçiriləcək.