
Azərbaycan boksçusu Sübhan Mamedov (50 kiloqram) U-23 Avropa çempionatının qalibi olub.
Metbuat.az xəbər verir ki, millinin lideri finalda Maksim Rudiki (Ukrayna) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (28:29, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələrək Avropa çempionu tituluna yiyələnib. Beləliklə, Elbrus Rzayevin rəhbərlik etdiyi milli komanda Avropa çempionatını 3 medalla başa vurub. Mamedovdan öncə Tağı Nəsibov (60 kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) bürünc mükafata sahib olub.
Qeyd edək ki, Avropa çempionatında 33 ölkədən 271 boksçu mübarizə aparırdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

