Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
Bu barədə “Report” konsorsiumun mətbuat xidmətinə istinadən məlumat verir.
“Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da – red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb”, – məlumatda qeyd olunur.
Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

