
Bakı. Trend:
Şri-Lankada “Ditva” tropik siklonunun qurbanlarının sayı 123
nəfərə çatıb .
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, ölənlərdən başqa, 130 nəfərin adı itkin düşmüş
şəxslərin siyahısına salınıb.
Ölkənin Fövqəladə Halların İdarəolunması Mərkəzinin məlumatına
əsasən, siklonun fəsadları ümumilikdə 373,428 nəfərə zərər
vurub.
43 mindən çox insan ölkədə yaradılmış 488 müvəqqəti sığınacağa
təxliyə olunub.

