Bakı.Trend:
Bu gün dövlət qurumlarının, universitetlərin və sektor
təmsilçilərinin bir araya gəldiyi karyera platformasında
toplaşmışıq. Bu platformaların nə qədər önəmli olduğunun
fərqindəyik.
Trend xəbər
verir ki, bu fikirləri bu gün Bayraktar Teknoloji Azərbaycanın Baş
texnologiya direktoru Onur Ocak “İKT Karyera Sərgisi 2025”də çıxışı
zamanı səsləndirib.
O bildirib ki, Türkiyədə də bu cür təşəbbüslər böyük əhəmiyyət
kəsb edir. Burada sənaye, universitetlər və müxtəlif qurumlarla
birlikdə ortaq hədəflərə yönəlmək, həmin hədəfləri müəyyənləşdirmək
və bu istiqamətdə fəaliyyət göstərmək imkanı əldə edirik:
“Bu fürsəti yaratdığı üçün bir daha İnovasiya və Reklamsal
İnkişaf Agentliyinə təşəkkür edirəm. Bayraktar Texnologiya
Azərbaycan olaraq fəaliyyətlərimizi yüksək texnologiyalar sahəsində
davam etdiririk. Təhlükəsiz sistem proqram təminatı, süni
intellekt, avtonom sistemlər, istehsal və sənaye əməliyyatları kimi
geniş bir sahədə fəaliyyət göstəririk. Həmçinin, keçən il Türkiyədə
böyük önəm verdiyimiz təcrübə proqramlarına artıq Azərbaycanda da
başlamışıq. Bu proqramların çox faydalı olacağına inanırıq”.
O qeyd edib ki, ötən il Azərbaycandan 775 müraciət arasından 52
gənci staj proqramına qəbul edilib və onlardan 15-i ilə çalışmağa
başlanılıb.
“Bu prosesin xaricdə və İsveçdə olduğu kimi burada da ilboyu
davam etməsi üçün universitetlərlə əməkdaşlıq çərçivəsində işlər
aparırıq”,-deyə O.Ocak əlavə edib.

