Azərbaycanda İKT sahəsində insan kapitalının inkişafı prioritetdir – İRİA rəsmisi

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda İKT sahəsində insan kapitalının formalaşdırılması
dövlətin prioritet istiqamətlərindən biridir.

Trend xəbər
verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin təşkil etdiyi
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədr
müavini Rəşad Xalıqov “İKT Karyera Sərgisi 2025”də çıxışı zamanı
səsləndirib.

O qeyd edib ki, ölkədə bu sahədə fəaliyyət göstərən insan
kapitalının formalaşdırılması əsas məqsədlərdəndir.




“Bu sərgiyə 900-dən çox gənc müraciət edib. İRİA olaraq İKT
sahəsində fəal göstərən gənclərin formalaşdırılmasında müxtəlif
səpkidə proqramlar həyata keçiririk.10000-dən çox şəxsin beynəlxalq
təcrübə keçməsinə, olimpiyadalarda təmsil olunmasına görə layihələr
həyata keçirmişik”.

R.Xalıqov qeyd edib ki, həmin layihələr insan kapitalı
baxımından mühüm layihələrdir.

O, universitetlərlə İRİA-nın əməkdaşlığının mühüm əhəmiyyət
daşıdığını vurğulayıb.