
Bakı. Trend:
Ötən gecə Ukraynada Kiyev şəhəri və Kiyev vilayətinin elektrik
enerjisi təchizatı obyektləri rakel və dron hücumlarına məruz
qalıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna paytaxtının meri Vitaliy Kliçko “Telegram” kanalında
şəhərin qərb hissəsinin işıqsız qaldığını bildirib.
Kiyevin Qoloseyevski və Solomyanski rayonlarında qalıqların
yaşayış üçün nəzərdə tutulmayan binalara və açıq ərazilərə düşməsi
nəticəsində yanğınlar baş verib.
KİV Rusiyanın “Geran” pilotsuz uçuş aparatlarının hücumları
nəticəsində Kiyevdə onlarla partlayışın qeydə alındığını yazıb.
Dron zərbələrindən biri 5/6 İstililk Elektrik Stansiyasına tuş
gəlib. Bununla əlaqədar paytaxt ərazisində elektrik enerjisinin
verilişində ciddi kəsintilər meydana gəlib.

