Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı. Trend:

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 341, o
cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.




Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.