Ramiz Mehdiyevə daha bir zərbə: dalbadal 3-cü vəzifədən azad edildi – EKSKLÜZİV

Baş səhifə

Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının tərkibində dəyişiklik edilib.

Modern.az saytının əldə etdiyi məlumata görə, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb.

Bir neçə gün öncə bununla bağlı müvafiq dövlət sərəncamı imzalanıb. 

Qeyd edək ki, Prezidenti yanında Heraldika Şurasının 2006-cı ildə yaradılıb.

Hazırda adı çəkilən Şurada sədr müavini akademik Akif Əlizadədir.

Şuranın üzvləri aşağıdakı şəxslərdir:

Fərəh Əliyeva 
Elçin Bağırov 
Şahin Əliyev 
Əbülfəs Qarayev 
İsa Həbibbəyli 
Ömər Eldarov 
Gülçöhrə Məmmədova 
Fərhad Xəlilov 
Elbay Qasımzadə 
Çingiz Abdullayev 
Yaqub Mahmudov 
Nailə Vəlixanlı 

Heraldika Şurası müstəqil Azərbaycan dövlətinin rəmzlərinin mahiyyətini əks etdirən əsas heraldika atributlarının müəyyənləşdirilməsi, Azərbaycanın indiki orden, medal və döş nişanlarının heraldika nəzəriyyəsi baxımından təhlili və onların yeni tərtibatına aid təkliflərin hazırlanması, Azərbaycan dövlətinin bonistika (kağız pul) ilə bağlı əsas heraldika prinsiplərinin, medalyer sənətinə (medal, jeton, plaket və s.) dair konsepsiyanın və faleristika (orden, döş nişanı və s.) ilə bağlı başlıca heraldika prinsiplərinin, habelə Azərbaycanda qiymətli kağızların, digər xüsusi əhəmiyyət kəsb edən mühüm sənədlərin hazırlanması və çapı ilə əlaqədar ornamentlərdə əsas heraldika prinsiplərinin müəyyən olunması kimi məsələlərlə məğluldur.

Xatırladaq ki, bu, Prezident Administrasiyasının sabiq sədri Ramiz Mehdiyevin Noyabr ayında uzaqlaşdırlıdığı üçüncü vəzifədir. Bu günlərdə o, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü vəzifəsindən və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini postundan da azad olunub.

Ə.Qafarlı