Vaşinqtonda Milli Qvardiya əsgərlərinə hücum edən şəxsə qarşı ittihamlar artırılacaq

Baş səhifə

Vaşinqtonda Ağ Evin yaxınlığında Milli Qvardiya üzvlərinə hücumda şübhəli bilinən şəxsin ittihamları artırılacaq.

APA xəbər verir ki, bu barədə Kolumbiya Dairəsinin prokuroru Canin Pirro “Fox News”a açıqlaması zamanı deyib.

“Əlbəttə ki, təqdim edəcəyimiz daha çox ittihamımız var. Amma ilkin ittihamları artıracağıq”, – deyə prokuror bildirib.

Qeyd edək ki, 26 noyabr tarixində Vaşinqtonda, Ağ Evdən bir neçə məhəllə aralıda atışma baş vermiş və iki Milli Qvardiya əsgəri yaralanmışdı.