
Almaniyanın Köln şəhərində ikinci dünya müharibəsindən qalma iki bomba tapılıb.
Metbuat.az xəbər verir ki, bombalar Porz rayonunun Qremberghoven məhəlləsində aparılan yerüstü araşdırmalar zamanı tapılıb. Hər biri təxminən 500 kiloqram ağırlığında olan Britaniya istehsalı bomba ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirilib. Bomba zərərsizləşdirmə qruplarının tələbi ilə 500 metrlik təhlükəsizlik zonası yaradılıb və təxminən 6000 nəfər təxliyə edilib. Bombalar zərərsizləşdirilib.
Açıqlamada əməliyyatların həssaslıqla aparıldığı və gözlənilməz hadisələrin baş vermədiyi bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

