54 ildir bir yastığa baş qoyurlar

Baş səhifə

Türkiyədə hamı bu cütlükdən danışır. Onlara bəxtəvərlik verənlərin sayı-hesabı yoxdur.

Metbuat.az xəbər verir ki, türk kinosunun iki məşhur siması – Şövkət Altuğ və Jalə Ərdoğdu 54 ildir ailəlidir. Cütlük 1971-ci il noyabrın 28-də nikaha girib. Bu evlilikdən Kərəm və Kezban adlı iki övlad dünyaya gəlib. Bəxtəvər qocalar bu gün evliliklərinin 54-ci ildönümünü qeyd ediblər.

Özünün sosial şəbəkə hesabında paylaşım edən Şövkət Altuğ xoşbəxt olduqlarını bildirib. Sənət adamlarının tez-tez evlənib-boşandığı bir dövrdə uzun illər mehriban yaşayan cütlük Türkiyədə hər kəsin təqdirini qazanıb.

Minlərlə insan aktyorun paylaşımının altına şərh yazaraq onları təbrik edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.