
Bugünkü konsert proqramı sosial mediaya səs salacaq.
Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında reper Orxan Zeynallı deyib. Onun sözlərinə görə, konsert proqramı 3 gün davam edəcək və bu, bir ilkdir: “Səhnə tərtibatı fərqli olacaq. Bugünkü konsert proqramı sosial mediaya səs salacaq. Bugünkü səhnəyə indiyədək heç vaxt duetimiz olmayan şəxslər çıxacaq”. Reper əlavə edib ki, konsertə hazırlıqlara uzun müddətdir başlayıb. “Bu 3 günlük konsertə 3500-dən çox bilet satılıb”, – deyə o qeyd edib.
Qeyd edək ki, reper 28,29,30 tarixlərində Heydər Əliyev sarayında konsert verəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

