Bakı. Trend:
Bolqarıstan hökuməti ilk dəfə avroda tərtib edilən 2026-cı il
büdcə planını təsdiq üçün parlamentə yenidən təqdim edəcək.
Trend ölkənin yerli
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə baş nazir Rosen
Jelyazkov paytaxt Sofiyada keçirilən etirazlardan sonra
bildirib.
Parlament qruplarının nümayəndələri ilə görüşdən sonra Jelyazkov
əlavə edib ki, onun kabineti büdcəni parlamentə yenidən təqdim
etməzdən əvvəl işçilər və işəgötürənlərlə dialoqu bərpa etməyə
çalışacaq.
Qeyd edilir ki, Bolqarıstan yanvarın 1-də avronu tətbiq
edəcək.

