Fransanın PSJ klubunun futbolçusu Nunu Mendeş zədələnib.
“Report” xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
O, UEFA Çempionlar Liqasının V turunda “Tottenhem”ə (İngiltərə) qarşı matçda sağ budundan zədə alıb.
23 yaşlı müdafiəçi PSJ-nin ölkə çempionatının XIV turunda “Monako”ya qarşı keçirəcəyi matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Nunu Mendeş cari mövsüm 16 oyunda iştirak edib, 4 qol vurub və 4 assist edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

