
“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi vətənindən pis xəbər alıb. Ulduz futbolçu Argentinaya getsə, Türkiyəyə qayıda bilməyəcək.
Metbuat.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun aliment borcudur. Argentina mediasının yazdığına görə, İkardinin keçmiş həyat yoldaşına 600 min dollar aliment borcu var. İkardi bu pulu ödəmədiyi üçün məhkəmə onun adını aliment borcu olan kişilərin siyahısına daxil edib.
Məhkəmə qərarını hakimlər Qaston M. Polo Olivera və Carlos A. Carranza Casares imzalayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

