Pandemiya dövründə aydın oldu ki, biz rəqəmsallaşmaya tam hazır deyilmişik – DOST direktoru

Baş səhifə

Bakı. Trend:

Hazırda Azərbaycanda sənəd dövriyyəsi artıq rəqəmsallaşdırılıb
və bu, əməkdaşların evdən işləməsinə imkan verir.

Trend xəbər
verir ki, bunu bu gün DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin
direktoru Kənan Əkpərov Dövlət Məşğulluq Agentliyi tərəfindən
Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammiti çərçivəsində
təşkil edilmiş “Gələcəyin iş mühiti” adlı panel müzakirəsində “İş
dünyasında rəqəmsal koorperasiya strategiyaları” mövzusunda çıxışı
zamanı bildirib.




Onun sözlərinə görə, rəqəmsallaşma iş, biznes proseslərini
optimallaşdırmağa imkan verir:

“Rəqəmsallaşmanın əhəmiyyətini pandemiya dövründə daha çox
gördük. Aydın oldu ki, biz rəqəmsallaşmaya tam hazır deyilmişik.
Pandemiyadan sonrakı dövrdə iş yerlərində hibrid sistemə keçid
başladı. Pandemiya dövrü göstərdi ki, iş mühiti texniki alətlər
üzərində qurulmalıdır. Hələ ki, tam keçid edə bilməsək də, bu
istiqamətdə işlər davam edir. Ölkəmizdə idarələrarası rəqəmsal
sənəd dövriyyəsi təşkil edilib. Biz bütün problemləri rəqəmsallaşma
ilə həll etməyə çalışsaq da, nəzərə almalıyıq ki, rəqəmsallaşma
sadəcə bir alətdir”.