Rumıniyanın müdafiə naziri istefa verib

Baş səhifə

Bakı. Trend:

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu təhsili ilə bağlı
qalmaqal səbəbindən tutduğu vəzifədən istefa verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“Mən istəmirəm ki, mənim təhsilim və illər əvvəl buraxdığım
səhvlər hazırda ölkəni idarə edənlərin diqqətini yayındırsın”,-
Moşteanu istefasını izah edib.

KİV yazır ki, nazirin rəsmi tərcümeyi-halında yalan məlumat
göstərilib. Moşteanu Buxarestdəki Athenaeum Universitetində təhsil
aldığını iddia edib. Gələcək müdafiə naziri 90-cı illərin sonunda
“menecment” ixtisası üzrə diplom aldığını göstərib. Lakin ali
təhsil ocağından jurnalistin sorğusuna əsasən bildirilib ki,
onlarda heç vaxt belə bir tələbə olmayıb.