
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda orta sahibkarlıq
subyektlərinə verilən kreditlərin həcmi 2,266 milyard manat təşkil
edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər
verir.
Məlumata görə, bu, cari ilin oktyabr ayının 1-i ilə müqayisədə
15,9 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrünə nisbətən isə
471 milyon manat və ya 26,2% çoxdur.
Belə ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda orta
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 2,250 milyard
manat, 2024-cü ilin noyabrın 1-nə isə 1,795 milyard manat idi.
Qeyd edək ki, bu ilin noyabr ayının 1-nə Azərbaycan banklarının
biznes kredit portfelinin həcmi 15,623 milyard manat təşkil edib
ki, bu da əvvəlki ayla müqayisədə 78,8 milyon manat və ya 0,5%,
ötən ilin eyni dövrünə nisbətən isə 995,3 milyon manat və yaxud
6,8% çoxdur.

