
Bakı.Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Brüsseldə NATO Baş Qərargahını ziyarət edib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyi “X” sosial
şəbəkə hesabındakı paylaşımında qeyd olunub.
Brüsselə səfəri çərçivəsində NATO Baş Qərargahında Azərbaycan
Prezidentinin köməkçisi NATO-nun Şimal Atlantik Şurasının
səfirləri, eləcə də Baş katibin siyasi məsələlər və təhlükəsizlik
siyasəti üzrə köməkçisi Ruqe Borislə görüşüb.
Görüş zamanı NATO-nun Şimal Atlantik Şurası səfirlərinin
Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü
xatırlanıb.
Tərəflər həmçinin, uğurlu Azərbaycan-NATO tərəfdaşlığı və
əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansa, o cümlədən
Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr, eləcə də
regional təhlükəsizlik və Azərbaycan-Ermənistan sülh gündəliyi ilə
bağlı məsələlər daxil olmaqla geniş mövzular ətrafında geniş
müzakirələr aparıblar.

