
Boliviya Kubokunun dörddəbir final mərhələsində keçirilən “Real Oruro”- “Blooming” matçında gərginlik müşahidə edilib.
Metbuat.az xəbər verir ki, final fitindən sonra klubun oyunçuları dalaşıb. Təpiklər və yumruqlar havada uçuşub və hakim oyunçulara və məşqçi heyətinə ümumilikdə 17 qırımızı vərəqə göstərib. On bir oyunçu və altı məşqçi heyəti üzvü qırmızı vərəqə alıb. Matçdan sonrakı hadisələrlə bağlı araşdırma başladılıb.
Qeyd edək ki, 2-2 hesabı ilə yekunlaşan oyunda “Blooming” komandası yarımfinala vəsiqə qazanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

