Azad edilmiş iki rayonda elektrik təsərrüfatı 11 milyon manata yenidən qurulacaq

Baş səhifə

Bakı. Trend:

Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərində elektrik
təsərrüfatı üzrə yenidənqurma işləri aparılacaq.

Trend-in
məlumatına görə, daxili və xarici elektrik təchizatının tam
yenidənqurulması işləri Ağdərənin Aşağı Oratağ, Çapar, Dəmirli və
Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və
Ballıca kəndlərini əhatə edəcək.

Belə ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla
bağlı müvafiq işlərin icrasını yekunlaşdırıb.




“Şans Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə
edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 10,9 milyon
manat ödənilib.

İşlərin həvalə olunduğu MMC 2021-ci ildə dövlət qeydiyyatına
alınıb. Nizamnamə kapitalı 215 010 manat olan şirkətin qanuni
təmsilçisi Orucov Vüqar Bayram oğludur.